Dünya futbolu

İngiltərəli “MY” ilə müqavilə yeniləmir

Fil Cons yayda “Mançester Yunayted”i tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçu klubla müqaviləni yeniləməyəcək. 

Cons 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. Bu müddət ərzində o, Premyer Liqa və Avropa Liqası titulları da daxil olmaqla 6 kubok qazanıb.

Fil bu mövsüm heç bir matçda iştirak etməyib. O, sonuncu dəfə 2022-ci il mayın 2-də meydanda çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43