Dünyadan

İngiltərə klubunda baş məşqçi istefası

İngiltərə Premyer Liqasında çıxış edən “Suonsi” klubunun baş məşqçisi Bob Bredli istefaya göndərilib.

İdmanxeber.com-un məlumatına görə, bu, “Vest Hem”a 1:4 hesabı ilə uduzduğu oyundan sonra baş verib.

Xatırladaq ki, B.Bredli bu ilin oktyabrından “Suonsi”ni çalışdırırdı və indiyə kimi komandanı 11 oyuna çıxarmışdı.

Qeyd edək ki, “Suonsi” 18 turdan sonra 12 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43