Kateqoriyasız

Çempionlar Liqasında ilk 1/4 finalçılar məlum oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

“Liverpul” öz meydanında İtaliya “İnter”ini qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Amma ilk görüşdə 2:0 üstün olan “Liverpul” 1/4 finala çıxıb.

Digər matçda “Bavariya” Avstriyanın “Zalsburq” klubu ilə üzləşib. Səfərdə 1:1 hesablı heç-heçəyə razılaşan münhenlilər ev oyununda rəqibini darmadağın edib – 7:1.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları

8 mart

00:00. “Liverpul” (İngiltərə) – “İnter” (İtaliya) – 0:1
Qol: 
L.Martines, 62

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)
İlk oyun – 2:0.

00:00. “Bavariya” (Almaniya) – “Zalsburq” (Avstriya) – 7:1
Qollar: 
Levandovski, 12 (pen.), 21 (pen.), 23, Qnabri, 31, Müller, 54, 83, Sane, 85 – Kyerqor, 71

Baş hakim: Kleman Turpin (Fransa)
İlk oyun – 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43