Dünya futbolu

FIFA-dan Rusiyaya böyük zərbə: Polşa millisi finala vəsiqə qazandı

Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarda qalması Polşa millisini avtomatik olaraq futbol üzrə dünya çempionatının pley-offunun finalına yüksəldib.

İdmanxeber.az-ın məlumatına görə, FİFA-nın qəbul etdiyi sanksiyalara əsasən Rusiya millisi Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə çıxmaq hüququndan məhrum edilib.

Polşa avtomatik olaraq dünya çempionatının seçmə mərhələsinin pley-offunun finalında İsveç və ya Çexiya ilə qarşılaşacaq.

Qeyd edək ki, fevralın 28-də UEFA və FİFA Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar birincilərin klub və milli komandalarını beynəlxalq yarışlardan uzaqlaşdırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43