Ölkə futbolu

“İnter” – “Mladost” matçının yeri dəyişdirildi

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçriləcək “İnter” – “Mladost” oyununun keçiriləcəyi stadion dəyişdirilib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi yenidən “Dalğa Arena” variantına dönüb.

I təsnifat mərhələsindəki qarşılaşmanın ilk olaraq məhz bu arenada keçirilməsi planlaşdırılsa da, sonradan rəhbərlik 8-ci km qəsəbə stadionunu üstün tutmuşdu. Lakin yenidən qərarını dəyişən bakılılar Serbiya klubunu “Dalğa Arena”da qəbul etmək qərarına gəliblər.

Qeyd edək ki, “İnter”lə “Mladost” arasında ilk oyun iyunun 29-da Luçanidə, cavab qarşılaşması isə iyulun 6-da Bakıda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43