Kateqoriyasız

“İnter” “Neftçi”ylə oyuna hazırdı

Premyer Liqanın 30-cu turu çərçivəsində “İnter” – “Neftçi” matçı baş tutacaq. 

İdmanxeber.com-un məlumatına görə, “bankirlər” “Şəfa” stadionunda son məşqə çıxıb.

Məşq prosesi 1 saata yaxın davam edib. Qaçışdan və isinmə hərəkətlərindən sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq prosesi asma və qapıya zərbələrlə yekunlaşıb.

Qeyd edək ki, zədəli olan Sezar Meza Kolli və Ruslan Əmircanov məşq prosesində iştirak etməyib.

Əlavə edək ki, “İnter” – “Neftçi” matçı saat 17:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43