Kateqoriyasız

Flavinyo “İnter”ə qarşı oynaya biləcəkmi? – RƏSMİ

“Neftçi”nin aparıcı üzvü Flavinyo zədəsini qisməndə olsa sağaldıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, braziliyalı oyunçu bu gün “İnter”ə qarşı oyunda meydana çıxa bilər. Lakin baş məşqçi Böyükağa Hacıyev Flavinyoya şans verib-verməyəcəyi matç zamanı məlum olacaq. Çünki paytaxt klubunun oyunçusu yenidən zədəsini təzələyə bilər. Buna görə də, onun “bankirlər”lə oyunda meydana çıxıb-çıxmayacağı sual olaraq qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43