Ölkə futbolu

“İnter” “Şturm”a qalib gəldi – VİDEO

Hazırda Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışında olan Bakl “İnter”i bu gün yerli “Şturm”la yoldaşlıq görüşü keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” Avstriya Bundesliqasında mübarizə aparan komandanı məğlubiyyətə uğradıb – 3:2.

“İnter”in yeni transferi Aleksandr Amisulaşvili debüt matçındaca səviyyəsini ortaya qoyub. O, digər yeni transfer Elvin Məmədovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra hesabı açıb. Növbəti qolu “Şturm”un futbolçusu öz qapısına vurub. Yerli komanda tezliklə fərqi azaltsa da, ilk yarıda Yohan Bokonyano “İnter”in 3-cü qolunun müəllifi olub. “Şturm” fasilədən sonra daha bir qol vursa da, məğlubiyyətdən yaxa qurtara bilməyib.

“Şturm” (Avstriya) – “”İnter” (Azərbaycan) – 2:3

Qollar: Beriç, 22; Qruber, 77 – Amisulaşvili, 13; Todorovski, 19 – öz qapısına; Bokonyano, 33

“İnter”in start heyəti: Lomaya, Bokonyano, Şpiçiç, Salukvadze, Daşdəmirov, Meza Kolli, E.Məmmədov, Georgiyevski, Tsxadadze, A.Mammadov, Amisulaşvili.

Qeyd edək ki, Sportnet.az saytı matçı canlı yayımlayıb. Görüşün videoyazısına aşağıdakı linkdə baxa bilərsiniz…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43