Ölkə futbolu

“İnter” Sxadadze ilə bağlı qərarını verdi: Gedir, yoxsa qalır?

 “İnter” klubu baş məşqçisi Kaxaber Sxadadze ilə bağlı qərarını verib. Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Premyer Liqaya uğursuz start verən “bankirlər” Sxadadze ilə yollarını ayırmayacaq.

Belə ki, “İnter” Sxadadze ilə yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən gürcüstanlı mütəxəssis komandaya 2014/15-ci il mövsümündə də rəhbərlik edəcək. Bu isə o deməkdir ki, baş məşqçi təxminən daha 2 il – 2015-ci ilin yayına kimi postunda qalacaq.

Qeyd edək ki, Sxadadze 2009-cu ilin yayından “İnter”ın baş məşqçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43