Ölkə futbolu

“İnter” – “Tiraspol” matçı üçün satışa çıxarılacaq biletlər və onların qiymətləri haqda ilk dəfə idmanxeber.com-da

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "İnter"in Moldova "Tiraspol"lu ilə ilk matçını iyulun 3-də, səfərdə keçirəcəyi haqda sizə xəbər vermişdik. 

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bundna bir həftə sonra iyulun 10-da baş tutacaq cavab qarşılaşması üçün 3 min biletin satışa çıxarılması gözlənilir. Məhz bu sayda bilet çapa verilib. Cavab matçında biletlərin qiymətinə gəldikdə isə, bu yerlərə uyğun dəyişəcək. Ümumilikdə isə biletlərin qiyməti 1 və 2 manat olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43