Ölkə futbolu

“İnter” və “Qəbələ”nin Avroliqada potensial rəqibləri bəlli oldu, beşi qaldı

Avroliqanın ilk təsnifat mərhələsinin bütövlükdə 78 iştirakçısından 73-ü bəllidi. Bəribaşdan qeyd edək ki, “İnter” Avroliqanın püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da komandamızın daha zəif rəqiblərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda ilə düşəcəyinə işarədi. “Qəbələ” isə əksinə, “İnter”in yer aldığı daha güclülərin səbətindən bir komandaya rəqib olacaq. Bölgə təmsilçisinin demək olar ki, bütün potensial rəqibləri bəllidi. Hazırda Avroliqanın ilk təsnifat mərhələsinin bəlli olmayan 5 iştirakçısından bəzisinin səpələnmişlər səbətində yer alması mümkündü. Belədə, aşağıda göstərilmiş siyahıda səpələnmişlər səbətinin sonlarında yer alan bəzi klubların səpələnməmişlər səbətinə keçməsi istisna deyil.

Püşkatma zamanı “İnter”lə “Qəbələ”nin bir-birinə rəqib olmayacağı dəqiqdi. Çünki reqlamentə əsasən, təsnifat mərhələlərində eyni ölkə təmsilçilərinin üz-üzə gələ bilməz. Eyni zamanda UEFA Azərbaycanın müharibə şəraitində olduğu Ermənistan klublarının da təmsilçilərimizə rəqib olmasına imkan verilməyəcək.

SƏPƏLƏNMİŞLƏR

SƏPƏLƏNMƏMİŞLƏR

Rusenborq (Norveç)

Veris (Moldova)

Tromse (Norveç)

QƏBƏLƏ (AZƏRBAYCAN)

Liteks (Bolqarıstan)

Mika (Ermənistan)

Ekranas (Litva)

Şirak (Ermənistan)

Hafnarfyordur (İslandiya)

Derri Siti (İrlandiya)

Göteborq (İsveç)

Sioni (Gürcüstan)

Sarayevo (Bosniya və Herseqovina)

Hibernians (Malta)

Şaxtyor (Qazaxıstan)

Slima Uonderers (Malta)

Spartak (Trnava, Slovakiya)

Astana (Qazaxıstan)

Differdanj (Lüksemburq)

Fram (İslandiya)

Split (Xorvatiya)

Yelqava (Latviya)

Linfild (Şimali İrlandiya)

Vikinqur (Farer adaları)

İNTER (AZƏRBAYCAN)

Kayrat (Qazaxıstan)

Pünik (Ermənistan)

Laçi (Albaniya)

Aberdin (Şotlandiya)

Turnovo (Makedoniya)

Şiroki Briyeq (Bosniya və Herseqovina)

Dandalk (İrlandiya)

Botev (Bolqarıstan)

VPS (Finlandiya)

Honka (Finlandiya)

Styarnan (İslandiya)

Slayqo Rovers (İrlandiya)

Banqa (Litva)

Birkirkara (Malta)

Dauqava (Riqa, Latviya)

Vaduts (Lixtenşteyn)

Lovçen (Çernoqoriya)

Koper (Sloveniya)

Torshavn (Farer adaları)

Banqor Siti (Uels)

UE Santa-Koloma (Andorra)

Brommapoykarna (İsveç)

Sillamae Kalev (Estoniya)

Zimbru (Moldova)

Atlantas (Litva)

MÜPA (Finlandiya)

Fuqlafyordur (İslandiya)

Hoqesund (Norveç)

Eyrbas (Uels)

Nomme Kalyu (Estoniya)

Qlenavon (Şimali İrlandiya)

Dauqava (Latviya)

Libertas (San Marino)

Jenes Eş (Lüksemburq)

Aberistuit Taun (Uels)

Rudar (Sloveniya)

Santos (Estoniya)

Kukesi (Albaniya)

Kollec Avropa (Cəbəllütariq)

Metallurq (Makedoniya)

Krusaders (Şimali İrlandiya)

Çixura (Gürcüstan)

Sent Culiya (Andorra)

Flamurtari (Albaniya)

Macarıstan təmsilçisi

Tiraspol (Moldova)

Çernoqoriya təmsilçisi

Şkendiya (Makedoniya)

Çernoqoriya təmsilçisi

Fola Eş (Lüksemburq)

San Marino təmsilçisi

Yaqodina (Serbiya)

Macarıstan təmsilçisi

Sonda onu da bildirək ki, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları ayın 10-da keçiriləcək. Püşkatma mərasimi isə iyunun 23-də baş tutacaq. (Azerisport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43