Kateqoriyasız

“İnter”in beninli futbolçu transfer edir

Bakının “İnter” klubu hücumçu problemini həll etməyə yaxındır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək  “bankirlər” Bolqarıstanın MOİK (Sofiya) klubunda çıxış edən 26 yaşlı Omar Kassokonu rənglərinə bağlamaq niyyətindədi. 

Əslən Benindən olan və sonradan Fransa vətəndaşlığını qəbul edən Kossoka Bank klubu ilə maliyyə məsələsində ortaq məxrəcə gələ bilmir. Paytaxt klubunun prezidenti Georgi Nikolov bildirib ki, futbolçuyla maliyyə məsələsində ortaq məxrəcə gələ bilsələr, 26 yaşlı forvardın “İnter”ə keçidi rəsmiləşəcək. 

Qyd edək ki, Koosoka “Oser”, “Kristel Pelas”, “Armines”, “Servett” kimi klubların şərəfini qoruyub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43