Kateqoriyasız

“İnter”in Bakıya gələcəyi tarix bəlli oldu

Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la qarşılaşacaq “İnter”in Bakıya gələcəyi tarix müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisi paytaxtımıza dekabrın 10-da gələcək.

“İnter” elə həmin gün axşam matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Bundan öncə isə “İnter”in baş məşqçisi Roberto Mançini jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43