Kateqoriyasız

“Qarabağ” – “İnter” matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “İnter” matçının hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, dekabrın 11-də mərkəzi arenad abaş tutacaq oyunu çexiyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Miroslav Zelinka olacaq. Ona Ondrjey Pelikan və İrji Molaçek köməklik göstərəcəklər. Antonin Kordula isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43