Kateqoriyasız

“Qəbələ”də ciddi itkilər

“Qəbələ” XVI turda “Qarabağ”la qarşılaşmaya ciddi itkilərlər çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” bu görüşdə iki əsas heyət oyunçusu Cavid Hüseynov və Pavol Farkaşın xidmətindən istifadə edə bilməyəcək. Belə ki, hər iki futbolçu “Xəzər Lənkəran”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı 13 dekabrda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43