21 Fevral 2024
Ölkə futbolu

“İnter”in məşqçisi: “İkinci hissədə daha çox hərəkət etdik və qol vurduq”

Topaz Premyer Liqasının 18-ci turunda “İnter” “Qəbələ”nin qonağı oldu. Oyun 1-1 hesabı ilə başa çatdı.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in məşqçisi Roman Cəfərov matçdan sonra bunları deyib:

“Oyunun çətin keçəcəyini bilirdik. Hazırlıq üçün vaxtımız az idi. Buna baxmayaraq, futbolçular yaxşı oynadılar. Fasilə zamanı baş məşqçi müəyyən dəyişiklik etdi. İkinci hissədə daha çox hərəkət etdik və qol vurub heç-heçəyə nail olduq. Bu oyunda Elvin Məmmədov qırmızı vərəqə aldı. Epizoda uzaq idim. Təkrara baxdıqdan sonra konkret bir söz demək olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43