Kateqoriyasız

“Simurq” – “Bakı” görüşü təxirə salındı

Topaz Premyer Liqasının 18-ci turunun “Simurq” – “Bakı” oyunu sabah keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, bu gün saat 17:00-da başlanmalı olan görüş əlverişsiz hava şəraitinə görə, yarışların əsasnaməsinə uyğun olaraq, bir gün sonraya təxirə salınıb. Oyunun start fiti sabah saat 12:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43