İntizam Komitəsinin 10-№ li protokoluna əsasən 9 oktyabr 2014-cü il U-16 Liqasının "İnter” – "Simurq” matçının 51-ci dəqiqəsində "Simurq”un futbolçusu Ceyhun Rəcəbli dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı.
İdmanxeber.com-un məlumatına görə, sonradan məlum olub ki, hakim protokala qırmızı vərəqə alan futbolçu Anar Davudovun əvəzinə Ceyhun Rəcəblinin adını qeyd edib. Bu səbəbdən də İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
Ceyhun Rəcəblinin aktivindən qırmızı vərəqə silinir və verilmiş cəza ləğv olunur.
"Simurq”un futbolçusu Anar Davudov dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 5 oyunluq cəza verilib.
Hakimlər Komitəsi hakim haqqında müvafiq tədbir görüb İntizam Komitəsinə bildirsin.