Dünya futbolu

İran – Rusiya oyunu azarkeşsiz keçirilə bilər

Rusiya – İran milliləri arasıda yoldaşlıq oyunu keçiriləcək.

İdmanxeber.az “RB Sport”a istinadən xəbər verir ki, martın 23-də Tehranda baş tutmalı görüşün azarkeşli olub-olmaması barədə yekun qərar verilməyib. İran Futbol Federasiyasının böyük ehtimalla matçın boş tribunalar önündə oynanmasına qərar verəcəyi gözlənilir.

Oyun ölkənin 100 min tutumuna sahib olan ən böyük stadionu “Azadi”də keçirilməsi planlaşdırılıb.

Rusiya yığması İranla oyundan sonra Soçidə İrqala yoldaşlıq matçı keçirməyi planlaşdırır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43