İdman

İspaniya mətbuatı: Azərbaycan millisinin uğurunun əsas səbəbkarı Prosineçkidir

Futbol üzrə milli komandamızın almanlarla oyununa diqqət nəyə görə bu dəfə daha çoxdur.

İdmanxeber.com-un məlumatına görə, İspaniya mətbuatında bu haqda maraqlı material veriblər.

“AS” nəşrinin paylaşdığı yazıda əsas “hədəf” milinin baş məşqçisi Robert Prosineçdir:

“Bazar günü Azərbaycan milli komandasını dünya çempionlarına qarşı vacib, eyni zamanda çox çətin sınaq gözləyir. Qrupda 7 xal toplayan azərbaycanlılar 2018-ci ilde Rusiyada keçiriləcək mundiala vəsiqə qazanmaq arzusundadırlar. Qafqazlıların bu uğurlu çıxışının demək olar ki, əsas səbəbkarı – La Liqanın köhnə tanışı, xorvat Robert Prosineçkidir. O, “Real Madrid”, “Oviedo”, “Barselona” ve “Sevilya” kimi komandarımızda oynayıb. Sonradan karyerasını vətənində davam etse de, Belçika ve İngiltərədə yenidən legioner heyatı yaşayıb. Xüsusilə, Dumanlı Albionda keçirdiyi 1 mövsümü maraqla xatırlayanlar var. Prosineçkinin “Portsmut”da komanda yoldaşı olmuş müdafiəçi Linvoy Primus “Sky Sports”a müsahibəsində onun dəhşətli siqaret aludəçiliyinden və futbolçu keyfiyyətlərindən danışıb:

“Gün ərzində texminen 40 siqaret çəkirdi. Hətta onun oyunlarda fasilə zamanı belə siqaret çəkməsilə bağlı deyilənlər həqiqətdi. Həmişe məhz Robert tualetə getdiyində paltardəyişmə otağını siqaret iyi ve tüstüsü bürüyürdü. Əslinde onun bu hərəkətləri Britaniya mədəniyyətinə yad bir şeydi. Amma oyunlarda göstərdiyi yüksək performans ve ustalığa görə heç kim ona bu xoşagəlməz vərdişini irad tutmurdu. Demək olar ki, hər zaman meydanda ən yaxşılardan idi.

Ümumiyyətlə, Prosineçki kimi səviyyeli bir futbolçunun komandamıza gəlməsi inanılmaz idi. Çünki, “Portsmut” onun əvvəllər oynadığı komandalar kimi cəlbedici deyildi. Məşqlərdə nümayiş etdirdiyi texnika, topla davranış əvvəlki kimi mükəmmel idi. “Nottinqem Forest”lə oyun hələ də xatirimdədir. Matçdan öncə meydana çıxmaq üçün tuneldə dayanmışdıq. Birden Marlon Heyrvud üzünü Prosineçkiyə tərəf çevirərək “sən əsl dahisən” dedi. Robert həmin görüşdə tamaşa göstərdi və qələbə topunun müəllifi oldu”.

Tərcümə: Elvar Quliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43