Dünyadan

İspaniya millisində ŞOK: Baş məşqçi çempionata bir gün qalmış qovuldu

Dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin düşərgəsində gərginlik davam edir.

İdmanxeber.com-un məlumatına görə, buna komandanın çalışdırıcısı Xulen Lopeteqinin “Real”ın baş məşqçisi təyin olunması olub. İspaniya Futbol Federasiyası bu qərarı düzgün addım hesab etməyib və onu vəzifəsindən qovub. Lopeteqi mundialda millini çalışdırmayacaq.

İspaniya mundialda Portuqaliya, Mərakeş və İranla B qrupunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43