Kateqoriyasız

İspaniya nəhənginin Bakıya gələcəyi tarix müəyyənləşdi

Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində təmsilçimiz “İnter”in qonağı olacaq “Atletik” klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, İspaniya nəhəngi ölkəmizə avqustun 5-i gələcək. Həmin gün  “İnter Arena”da oyunöncəsi son məşqini edəcək bilbaolular daha sonra matçın başlama saatını gözləyəcəklər.

Qeyd edək ki, “İnter” – “Atletik” matçı avqustun 6-sı saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43