Dünya futbolu

İsrailli oyunçu qalmaqala səbəb oldu

“Antalyaspor”un israilli futbolçusu Sagiv Jehezkel “Trabzonspor”la oyunda vurduğu qoldan sonra Qəzzadakı qətliamla bağlı mesaj verib.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı vinger “100 gün. 7.10″ yazısını kameralara göstərib.

Klub futbolçunu heyətdən kənarlaşdırıb. İsrailli oyunçunun polis tərəfindən saxlanıldığı bildirilir.

”Antalyaspor”a bu mövsüm qoşulan Jehezkel 13 oyunda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43