Ölkə futbolu

“İstəyimizə nail olduq” – Canni De Byazi

Milli komandamızın baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq oyunundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib:

“Gözəl oyun alınmasa da, istəyimizə nail olduq. Rəqibin yaxşı oyunçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydança da yaxşı vəziyyətdə deyil”.

İtaliyalı baş məşqçi Emin Mahmudovun bu gün meydanda hər şeyi etdiyini söyləyib: “O, öz işinə ciddi yanaşır. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi. Bizim üçün yaxşı sınaq oldu”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43