Dünya futbolu

İsveçli futbolçu dünyasını dəyişib

32 yaşlı oyunçunun ölüm səbəbi bəlli deyil

İdmanxeber.az-ın məlumatına görə, İsveçli futbolçu Labinot Harbuzi 32 yaşında dünyasını dəyişib. Dostları tərəfindən yaşadığı evdə ölü tapılan oyunçunun ölüm səbəbi haqda heç bir məlumat verilməyib.

Qeyd edək ki, L.Harbuzi 2009-2012-ci illərdə Türkiyənin “Manisaspor” və “Gençlerbirliyi” klublarında forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43