Ölkə futbolu

Yeni sədr hakimlərdən test götürüb

Bu gün Bakı Olimpiya Stadionunda Topaz Premyer Liqasının və I divizionun oyunlarını idarə  edən hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb.

İdmanxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuchlik rəhbərlik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43