Dünya futbolu

Motta “Yuventus”un yeni baş məşqçisi olacaq

Tyaqo Mottanın “Yuventus”un yeni baş məşqçisi olmağa çox yaxındır.

İdmanxeber.az insayder Di Marziyo əsasən məlumat verir ki, 41 yaşlı mütəxəssis yeni mövsümdən Massimiliano Alleqrini əvəz edəcək. Onunla “Milan”da maraqlansa da, gənc mütəxəssis artıq “qoca sinyora” ilə razılığa gəlib.

Mottanın hazırda çalışdırdığı “Bolonya” A Seriyasında 62 xalla 4-cü yerdədir. “Yuventus” isə 65 xalla 3-cü yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43