Ölkə futbolu

“Sumqayıt” klubu azarkeşlərə müraciət etdi

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına azarkeş marağının kifayət qədər böyük olduğundan arenanın tam dolacağı gözlənilir.

İdmanxeber.az məlumat verir ki, buna görə də “Sumqayıt” oyuna gələcək azarkeşlərə müraciət edib:

“Stadion ərazisinə giriş bir istiqamətdən – kassanın yanından 6 bilet yoxlanış nöqtəsindən həyata keçiriləcək. Sizdən xahiş edirik ki, yoxlanışdan keçib stadion ərazisinə daxil olduqdan sonra biletin üzərində yazılmış sektora uyğun qapıya yaxınlaşasınız. Bu həm sizin, həm də təhlükəsizlik yoxlanışı aparan əməkdaşların işini asanlaşdıracaq. Sektorları tapmaq üçün ərazidəki könüllülərə müraciət edə bilərsiniz. Qeyd edək ki, qapılar saat 18:30-dan etibarən açılacaq. Anlayışınız üçün təşəkkür edirik”!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43