Dünyadan

İtaliya – Almaniya matçında bir ilk yaşanacaq

İtaliya və Almaniya milli komandaları arasında bu gün keçiriləcək yoxlama matçında  videotəkrardan istifadə ediləcək.

İdmanxeber.com-un məlumatına görə, qol, penalti, qırmızı vərəqə kimi mübahisəli epizodlarda videotəkrarın köməyindən istifadə ediləcək .

Belə ki, mübahisəli vəziyyət yarandıqda baş hakimin iki köməkçisi epizodun təkrarına baxaraq qərar verəcək. Qarşılaşmanın baş hakimi isə videotəkrara baxa bilməz.
 
Qeyd edək ki, Milan şəhərində baş tutacaq İtaliya – Almaniya matçının start fiti Bakı vaxtı ilə 23:45-də səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43