Dünya futbolu

İtaliya klubları Tomas Tuxeli istəyir

“Çelsi”nin sabiq baş məşqçisi Tomas Tuxel karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı “İnter” və “Roma”nın baş məşqçi postuna namizəddir.

Simone İnzaqinin rəhbərlik etdiyi komanda mövsümün sonunda ümidləri doğrultmasa, rəhbərlik 49 yaşlı almaniyalını nəzərdən keçirəcək.

“La Gazzetta dello Sport”un məlumatına görə isə Joze Mourinyo “Roma”nı Çempionlar Liqasına apa bilməsə, paytaxt klubu Tuxeli komandanın başına gətirəcək.

Tuxel “Çelsi” ÇL kubokunu qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43