Dünya futbolu

“Beşiktaş”ın forvardı komandadan ayrılır?

“Beşiktaş”ın hücumçusu Cenk Tosun Amerika klubunun diqqətindədir.

İdmanxeber.az-ın məlumatına görə, MLS təmsilçisi “Çikaqo Fray” türkiyəli forvardı heyətinə qatmaqda israrlıdır. Komanda Tosuna 3 illik müqavilə təklif edib.

31 yaşlı futbolçu isə Amerika klubuna müsbət cavab verməyib. O, “Beşiktaş”ı yarı yolda buraxmaq istəməyib.

Cenk cari mövsüm “Beşiktaş”da 24 oyunda forma geyinib və 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43