Ölkə futbolu

Kaxaber Tsxadadze: “Sumqayıt” belə stadion, belə atmosferlə avrokuboklara layiq idi”

“Sumqayıt”, Samir Abasov və bütün Sumqayıt şəhərini təbrik edirəm. Gözəl atmosfer var idi. Bərabər oyun keçdi. Uduzmaya da bilərdik. Belə stadion, belə atmosferdə avrokuboklara layiq idilər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Sumqayıt” məğlubiyyəti (0:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Onlar daha çox motivasiya olmuşdular. Biz pis oynamadıq. Bəzi oyunçularda köklənmə az idi. Təbii ki, rəqiblə bizim motivasiyamız eyni deyildi. Futbolçulara təşəkkür edirəm. Çox yaxşı oyunlar keçirdilər. Azarkeşlərin çox olması bugünkü matça da çox təsir etdi. Bu gün “Sumqayıt” onlara görə say üstünlüyü qazanmışdı. Biz artıq 1-ci liqadayıq. Belə böyük klubun aşağı düşməsi təəssüf doğurur. Amma böyük klublar da aşağı liqaya düşüb. Bu, düzələn məsələdir. Belə prezidenti, belə rəhbərliyi olan kluba maksimum bir il lazımdır ki, Premyer Liqaya qayıtsın. “Qəbələ” təkcə çempionat deyil, Avropada da yaxşı oynadığını sübut edib. Bugünkü matçdakı atmosferin hər görüşdə olduğunu istəyirəm. Belə ab-hava futbolçulara da müsbət təsir edir. Bu komanda gələn il Premyer Liqaya qayıtmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43