Dünya futbolu

Mbappe qərarını verib – PSJ isə onu satmır

PSJ-nin hücumçusu Kilian Mbappe karyerası ilə bağlı qərarını verib.

İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, fransalı forvard Parisdən ayrılmağa düşünmür. O, PSJ ilə yeni uğurlar qazanmağı niyyətindədir.

Daha öncə mətbuatda Paris təmsilçisinin “Bavariya” səddini keçə bilməyəcəyi təqdirdə, Mbappenin mövsüm sonu komandadan ayrılacağı iddia edilirdi. Rəhbərlik isə heç bir məbləğ qarşılığında onu satmağı düşünmür.

Ulduz futbolçunun burada Çempionlar Liqası kubokunu qazanmamış ayrılmayacağı bildirilib.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə PSJ arasında cavab oyunu bu gecə saat 00:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43