Dünya futbolu

“Konyaspor”un prezidenti istefa verməyə hazırlaşır

Türkiyənin “Konyaspor” klubunun prezidenti istefaya gedə bilər.

İdmanxeber.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, Konya təmsilçisinin rəhbəri Fatih Özgökçen vəzifəsindən ayrılmağı düşünür. O, yaxın vaxtda klubun İdarə Heyəti ilə görüşdükdən sonra yekun qərarını verəcək.

Artıq klub daxilində prezindentiliyə namizədlərin siyahısının hazırlanmağa başlandığı bildirilir. “Yaşıl-bəyazlılar” hazırda 28 xalla 9-ci pillədə qərarlaşıb.

Azərbaycan millisinin  üzvü Mahir Emreli mövsümün sonuna qədər icarə əsasında “Konyaspor”da çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43