Kateqoriyasız

Jesus istəmədi, “Fənər” göndərir

“Fənərbağça”nın baş məşqçsi Jorge Jesus Ezgjan Alioskinin performansından narazıdır

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 30 yaşlı futbolçunun komandadan göndərilməsini istəyib. O, Alioskinin fiziki durumunun yetərli olmadığı bildirib. Rəhbərlik artıq oyunçunun meneceri ilə də görüşüb.

Sol cinah müdafiəçisi mövsümün əvvəlində icarə əsasında Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli”dən İstanbul klubuna keçiib. O, cari mövsüm 18 oyunda çıxış edib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43