Ölkə futbolu

Jezniçak: “Səfərdə onları məğlub edəcəyik”

Avroliqanın qrup mərhələsinin III turunda “Qarabağ” doğma meydanda “Vorskla”ya 0:1 hesabı ilə məğlub olub. Görüşün ardından komandamızın müdafiəçisi Yakub Jezniçak oyun barəsində fikirləri bildirib:

“Rəqib çox sıx müdafiə olunurdu. Əslində bunu gözləyirdik. Oyunun sonunda statiskaya baxsaq bizim də, rəqibin də qapıya cəmi bir zərbəsi olub. Ancaq təəssüf ki, biz istifadə edə bilmədik. Ancaq istənilən halda onlardan daha yaxşı idik. “Vorskla”nı səfərdə məğlub edə biləcək gücdəyik. Düşünürəm ki, bunu bacara biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43