Dünya futbolu

Joze Mourinyo “Roma” ilə bağlı qərarını verdi

Joze Mourinyonun “Roma”dakı gələcəyi bəlli olub.

İdmanxeber.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis daha bir mövsüm Roma klubunda qalacaq. Təcrübəli çalışıdırıcıya bir neçə yerdən təklif olsa da, Joze 2024-cü ilə qədər paytaxt təmsilçisində qalmağa qərar verib.

Onun “Roma” ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Mourinyo 2021-ci ildə İtaliya klubunun başına keçib. Onun rəhbərliyi altında “Roma” 2022-ci ildə Konfrans Liqasının qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43