İdman

Joze Mourinyonu küllü miqdarda cərimə gözləyir

İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi Joze Mourinyo İspaniya hökümətinə 800 min avro cərimə ödəyəcək.

İdmanxeber.com-un məlumatına görə, səbəb portuqaliyalı mütəxəssisin İspaniyanın “Real” Madrid klubunun baş məşqçisi vəzifəsində ikən reklam gəlirlərindən əldə etdiyi 3.3 milyon avronu vergi orqanlarından gizlətməsidir. 

Təcrübəli baş məşqçi 12 aylıq həbs cəzası almamaq üçün İspaniya xəzinəsinə 800 min avro ödəyəcək.

Qeyd edək ki, Joze Mourinyo 2010 – 2013 illərdə “Real Madrid”in baş məşqçisi olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43