İdman

Millimiz Uelsdən güclü oldu

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirdə ikinci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.

Qeyd edək ki, Azərbaycan yığma komandası ilk oyununda Macarıstana 0:1 hesabı ilə uduzmuşdu. Komandamız qrupda son görüşünü isə mayın 10-da Slovakiyaya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43