İdman

Sonuncu pillənin sahibi Bakıda hazırlaşır

Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Zirə” ilə qarşılaşacaq “Kəpəz” bu matçın hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” Bakıda məşq edir. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında hazırlaşır. Çalışmalar hər gün saat 11:00-da başlayır.

Qeyd edək ki, mayın 12-də keçiriləcək “Zirə” – “Kəpəz” oyunu saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43