Kateqoriyasız

Julio Sezar “Rəvan”dan ayrı

Azərbaycan kubokunun  1/4 finalında “Bakı” ilə qarşılaşacaq “Rəvan” bu oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, bugünkü hazırlıq tam qrafik üzrə həyata keçirilib. “Bayıl Arena”dakı məşqdə baş məqşçi Güvənc Kurtar futbolçularını taktiki-texniki yöndə daha da püxtələşdirməyə çalışıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıqda yalnız son tur matçında zədələnən Julio Sezar fərdi proqram əsasında məşq edib.

Qeyd edək ki, “Rəvan” – “Bakı” matçı martın 12-i baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43