Ölkə futbolu

“Kəpəz” rəhbərliyi paytaxta gəldi – danışıqlar başladı

“Kəpəz” rəhbərliyi yeni xəbərlər üçün mövsüm sonunu gözləyir

Gəncə klubunun sponsor və stadionla bağlı müəyyən problemlərinin olduğundan xəbərdarsınız. Rəhbərlik hazırda bu iki vacib məsələ üçün çalışmalarını davam etdirir.

Daha öncə Gəncə şəhər stadionunun söküləcəyi ilə bağlı xəbərlər dərc etmişdik. Bu, ən qısa vaxtda həyata keçməsə belə, qarşıdakı vacib hədəflərdən biridir. Sponsor məsələsi ilə bağlı da danışıqlar davam edir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, hazırda klub rəhbərliyi Bakıda bununla bağlı müəyyən danışıqlar aparır. Bu istiqamətdə yeni xəbərlərin olduğu bildirilir.

Ancaq klub bu barədə rəsmi açıqlama verməyə tələsmir. 

Belə ki, stadion və sponsor durumu barədə müsbət gəlişmələr olsa belə, mövsüm sonu açıqlanacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43