Ölkə futbolu

“Turan Tovuz” və Runidən ilklər

“Turan Tovuz” Misli Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb. Debütantın ilk uğuru XXXIII tura təsadüf edib. Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.

Bu görüşdə 3 qola imza atan Runi Eva het-trikə imza atıb. O, “Turan Tovuz”un tarixinə Premyer Liqada ilk het-trikin müəllifi kimi düşüb.

Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə sevinib.

Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə XV turun qarşılaşmasında het-trik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43