Ölkə futbolu

“Kəpəz”dən Gəncə şəhər stadionundakı yanğınla bağlı açıqlama

Xəbər verdiyimiz kimi, söküntüsü davam edən Gəncə şəhər stadionunun ərazisində yanğın baş verib.

Gözətçi köşkündə başlayan yanğın qısa zamanda söndürülüb.

“Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev İdmanxeber.az-a açıqlamasında bad vermiş hadisə ilə bağlı bunları dedi:

“Qorxulu bir şey baş verməyib. Gözətçi köşkü yanıb. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğının nədən baş verdiyi araşdırılacaq. Akademiya ərazisindən xeyli kənarda olduğundan ora hər hansı bir ziyan dəyməyib. Yanğının miqyası böyük olmayıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43