Kateqoriyasız

“Kəpəz”in macarlarla oyununu onlar da izlədi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Kəpəz”in MTK Budapeşt ilə keçirdiyi yoxlama oyununu izləyənlər arasında olub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı məşqçi ilə yanaşı, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvləri, Misli Premyer Liqasından olan klubların rəsmiləri və məşqçiləri görüşü izləyib.

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, millət vəkili Müşfiq Cəfərov da Gəncə klubunu tək qoymayıb. Matçdan sonra klub rəhbərliyi futbolçuları və məşqçilər korpusunu qələbə münasibəti ilə təbrik edərək, qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43