İdman

“Kamp Nou”nun adını satışa çıxardılar – 200 milyon

Son günlər mətbuatda ən çox haqqında yazılan “Barselona” indi də stadionu ilə bağlı yeni xəbərlə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, məşhur “Kamp Nou” stadionunun adının satışa çıxarılacağı bununla da, kataloniya klubunun yeni gəlir əldə edəcəyi yayılan informasiyalar arasındadı. 2021-22-ci il mövsümündə stadionunun oturacaq sayını 99 354-dən 105 000-ə çıxarmağı qərar alan “Barsa” artıq arenanın adını da dəyişməyi planlayır.

İspan klubunun stadionun adını 200 milyon avroya satışa çıxardığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43