İdman

Nqolo Kante Bakıya gəlməyəcək!

Çempionar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi”nin aparıcı futbolçularından sayılan Nqolo Kantenin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, DÇ-2018-in seçmə oyunu çərçivəsində Bolqarıstan görüşündə zədə alan orta xətt oyunçusunun durumunun ciddi olduğu və ən az dekabr ayına qədər yaşıl meydanlardan kənara qalacağı bildirilib. Bu isə yarımmüdafiəçinin Çempionlar Liqasında “Qarabağ”, “Atletiko” və “Roma”ya qarşı keçiriləcək matçlarda forma geyinə bilməyəcəyi deməkdi.

Qeyd edək ki, Çempionlar Liqasının V turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43