19 Sentyabr 2024
Kateqoriyasız

Kampanyaro: “Qarabağ”ın mərhələ adlaya bilməməsinə görə çox məyusam”

“İnter”in futbolçusu Uqo Kampanyaro Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisinin üzvü qarşılaşmanı belə şərh edib:

“Çox çətin oyun oldu. Qol epizodlarının sayı elə də çox deyildi. Mənə elə gəlir ki, bu gün hər iki komanda qalib gələ bilərdi. Sayılmayan qol epizodu? Epizodun videotəkrarına baxmamışıq. Amma orada ofsayd yox idisə, “Qarabağ”ın mərhələ adlaya bilməməsinə görə çox məyusam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43