İdman

Kamran Əlibabayev: “Formanın üzərindəki “Şahdağ” loqosu ürəyimizin bir parçası olub”

“Region Liqası”nda çıxış edən “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev komandasının hədəfləri haqqında danışıb.

İdmanxeber.com-un klubun “facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, çalışdırıcı Qusar klubunu yenidən yüksək liqada görmək istədiklərini bildirib:

“Komandamız hal-hazırda qrup ikincisidi. Birinciliyi ələ keçirmək üçün qarşıda vacib oyunlarımız var. Neçə illər “Şahdağ” Premyer liqa və I divizionda çıxış edib. Özüm də bu komandanın oyunçusu olmuşam. Hər zaman forma və üzərindəki “Şahdağ” loqosu ürəyimizin bir parçası olub. Bundan sonra da bu sevgi tükənən deyil. Biz “Regional liqa”nın qalibi olub yenidən yüksək liqalarda mübarizə aparmaq istəyirik. Azarkeşlərimizə yenidən möhtəşəm günlər yaşadacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43