İdman

Çempionlar Liqası və Avroliqanın oyunlarının saatları dəyişir

Avropa İttifaqı bu gündən saat əqrəblərində dəyişiklik edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu dəyişiklik yay mövsümünə keçidlə bağlıdı. Belə ki, səqrəblər 1 saat irəli alınacaq. Dəyişiklik sayəsində ölkəmizin bir çox Avropa ölkələri ilə arasındakı saat fərqi 2 olacaq.

Bununla da Avropada bir sıra maraqlı idman yarışlarının saatlarında da dəyişikliklərə rast gəlinəcək.

UEFA Çempionlar Liqasının bundan sonrakı oyunları Bakı vaxtı ilə saat 23.45-də deyil, 22.45-də, Avropa Liqasının oyunları 22.00 və 00.05-də yox, 21.00 və 23.05-də başlanacaq. Bu proses Avropanın qış vaxtına keçəcəyi bu il oktyabrın son bazar gününə qədər davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43